ATV-nin koronavirusa yoluxan əməkdaşları danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azad Azərbaycan” kanalının koronavirusa yoluxan işçiləri danışıb.
BAKU.WS xəbər verir ki, Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlu koronavirusa yoluxduqdan sonra temperaturunun artdığını bildirib.
Onun sözlərinə görə, iki gündür, müalicəsini davam etdirir: "Nəfəs darlığı və qızdırma simptomları məndə yoxdur. Şükür, özümü yaxşı hiss edirəm".
Digər əməkdaş Heydər Məmmədov da karantindədir. O bildirib ki, baş ağrıları olduğu üçün həkim çağırıb və test verib.
Nəticələri pozitiv çıxan Heydər Məmmədov insanlara özlərini bu virusdan qorumağı tövsiyə edib.
Oxşar xəbərlər
ATV-nin koronavirusa yoluxan əməkdaşı ilə bağlı TV-dən açıqlama
“Əməkdaşımız istiliyi olduğu üçün həkimə müraciət edib. Bu zaman ondan test götürülüb. Testin ilkin nəticəsi pozitiv çıxıb”. Bu sözləri “Azad Azərbaycan”ın İcra...