ATV-nin koronavirusa yoluxan əməkdaşı səhhəti ilə bağlı danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
15 yaşlı qızı və özü koronavirusa yoluxan Azad Azərbaycan Televiziyasının Avropa bürosunun müxbiri Şahin Abbasov səhhəti barəsində danışıb.
BAKU.WS xəbər verir ki, "ATV Xəbər"ə qoşulan Şahin Abbasov son vəziyyəti ilə bağlı məlumat verib.
"Artıq səhhətim stabilləşir. Hərarətim yoxdur. Bundan başqa dilimdəki qaralma çəkilib. Bədənimdə yorğunluq var.
Bu xəstəlik insanı çox zəiflədir. Həkim bizə qoxu və dad bilməni itirdiyimiz üçün müalicə yazıb".
Qeyd edək ki, Almaniyada koronavirusa yoluxma ilə təsdiq edilmiş halların sayı 95 391 nəfərə çatıb.
Məlumata görə, ölkədə ümumilikdə 1 434 nəfər pandemiyanın qurbanı olub.
Son sutka ərzində Almaniyada 3 677 virusa yeni yoluxma halı aşkarlanıb, ölənlərin sayı 92 nəfər təşkil edib.
Oxşar xəbərlər
İsraildə koronavirusla mübarizə aparan azərbaycanlı tibb bacısı: “Vəziyyət çox qəlizdir” - FOTO
Koronavirusun bütün dünyaya meydan oxuduğu bir zamanda günün əsas qəhrəmanlarından biri tibb işçiləridir desək, yanılmarıq. Gecə-gündüz bilmədən virusla mübariz...