Ağsu dolayında tunel tikiləcək

Ağsu dolayında tunel tikiləcək
Sosial 1618
Ağsu dolaylarında yolun əsaslı təmir edilməsi ilə bağlı Azərbaycan Hökuməti və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış “Azərbaycan Magistral Avtomobil yolu” layihəsi üzrə Borc Sazişi və Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış Kredit Sazişi çərçivəsində “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı-Ağsu hissəsi üzrə alternativ yol oxunun seçimi və texniki-iqtisadi əsaslandırma”nın hazırlanması nəzərdə tutulur.ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.Sənəddə qeyd edilir ki, alternativ yol oxunun seçilməsi və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üçün beynəlxalq rəqabətli tender keçirilib və İtaliyanın “NET Engineering S.p.A” məsləhətçi şirkəti ilə müqavilə imzalanıb. Mürəkkəb geoloji quruluşa və coğrafi mövqeyə malik ərazidə kifayət qədər dərin şəraitdə tunelin tikilməsi şərti ilə həyata keçirilməsi nəzərdə tutulan yolun texniki iqtisadi əsaslandırılması hesabatının son versiyası hazırlanır.BAKU.WS

Oxşar xəbərlər

Göyçay çayı üzərində körpünün bərpasına 3,5 milyon manat ayrılıb

Göyçay çayı üzərində körpünün bərpasına 3,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, M-...

1060 Siyasət 20:52 07 iyun 2018

Son xəbərlər