AstraZeneca vaksini yalnız bu şəxslərə vurulur - TƏBİB

AstraZeneca vaksini yalnız bu şəxslərə vurulur - TƏBİB
Sosial 580

COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulması həmin vaksinin məhdud sayda olması ilə bağlıdır.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bu vaksin ölkəyə məhdud sayda gətirilib və buna görə də ilkin mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub: “Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər