“ASAN xidmət” noyabrın 9-da işləməyəcək

08
noy
2019
10:35
9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, vətəndaşlar 10 noyabr tarixindən “ASAN xidmət”, 11 noyabr tarixindən isə “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Oxşar xəbərlər
“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək
Avqustun 12-si və 13-də Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. Bu barədə BAKU.WS-ə Azərbaycan Prezidenti y...