Arvadını işləməyə qoymayan kişinin maaşının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər

Arvadını işləməyə qoymayan kişinin maaşının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər
Sosial 243

Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissənin qadının pensiya fonduna yığılması məsələsi qanuniləşdirilə bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin üzvü Mübariz Qurbanlı "Konstitusiya və suverenlik" ili çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" adlı konfransın "Bərabərikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi" mövzusuna həsr edilmiş panel sessiyasında deyib.

"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar var təqaüd məsələsində təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqından qadının da pensiya fonduna yığıla bilər. Məsələni qanuniləşdirmək olar. Buna kimsə etiraz etməməlidir, çünki kişinin özü qadını çalışmağa qoymayıb",-deputat əlavə edib.

Son xəbərlər