"Artıq mal-mülk də gözdə deyil" - Xatundan TÖVBƏ

Artıq mal-mülk də gözdə deyil - Xatundan TÖVBƏ
Sosial 258

Dünya bu gün çətin günlər yaşayır. Mal-mülk, var-dövlət, brend geyimlər heç kimin umrunda deyil. Hər kəs Yer kürəsini öz cənginə alan koronavirus pandemiyasından sağ çıxmaq barədə düşünür.

BAKU.WS xəbər verir ki, müğənni Xatun Əliyeva baş verənlərdə insanları günahlandırıb və hər kəsi tövbə etməyə çağırıb:

"Hamımız günahkarıq. Bütün dünya... Hər şey bax belə sıfırlanarmış. Heç birimiz süddən çıxmış ağ qaşıq deyildik.

Geyimləri, sürdükləri maşınları, evləri ilə öyünənlər, bir-birinin acığına malları ilə yarışanlar... "Dövran gələr" deyirdilər, bax, o gün bu günlər imiş. Qorxu içində yaşamaq... Artıq mal-mülk də gözdə deyil, ancaq can sağlığı istəyirik.

Allah hər birimizin günahından keçsin. Allah rəhm edə, bizə yenidən şans verə, bu bəladan qurtara bizi. Biz də adam olarıq, köhnə nadanlıqları etmərik. Dua edək, rəbbim bizə mərhəmət etsin".

Sənətçinin tövbə xarakterli bu mesajı izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər