"Artıq hər həftə Ağdama gedəcəyik" - Allahverdi Bağırovun qızı
32 ildən sonra Bakı-Ağdam sərnişin qatarının yenidən işə düşməsi Ağdam üçün tarixi hadisə kimi dəyərləndirilir. Bu əlamətdar səfərdə iştirak edənlər arasında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qızı Aynur Bağırova da olub.
O, BAKU.WS-ə açıqlamasında bu günü çox əlamətdar adlandırıb:
"Xalqımız, Ağdama gələn qonaqlar və xüsusən də ağdamlılar üçün çox əlamətdar gündür. Bütün ağdamlıları bu münasibətlə təbrik edirəm".
Aynur Bağırova atasını xatırlayaraq duyğularını bölüşüb:
"Çox istərdik ki, Ağdama çatanda, qatardan düşəndə bizi atam qarşılasın. Amma təəssüf ki, bu, mümkün deyil. Biz onu kiçik yaşlarımızda itirmişik, amma həmişə yadımıza düşəndə onu göz yaşları ilə xatırlayırıq. Bu əlamətdar günə, ümumiyyətlə torpaqlarımızın işğaldan azad olmasına görə cənab prezidentə şəhid övladları adından təşəkkür edirəm".
O, həmçinin Ağdama səfərlərin davamlı olacağını vurğulayıb:
"Artıq hər həftə Ağdama gedəcəyik".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bu il 130 min nəfərə pulsuz reabilitasiya xidməti verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur t...