Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə artilleriyaçılarımızın hazırlıqları davam edir.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, püşkatma mərasimində iştirak edən artilleriyaçılarımız əvvəlcə təhlükəsizlik qaydaları, müsabiqənin xüsusiyyətləri, mərhələlər üzrə şərtlər, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olub.
Müsabiqədə istifadə ediləcək silah və döyüş texnikasına baxış keçirildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarını məşq etməyə başlayıb. Hazırlıq prosesini yekunlaşdıqdan sonra komandamız minaatanlardan sınaq atışları yerinə yetirib.
Qeyd edək ki, sentyabrın 2-dək davam edəcək müsabiqədə 10 ölkənin artilleriyaçıları yarışacaqlar.
Qalereya
Oxşar xəbərlər
SOCAR tender elan edib - SİYAHI
SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir. BAKU.WS xəbər verir ki, SOCAR-ın “Kompleks qazma işləri” tresti tikinti mater...