Arif Quliyevin oğlu: "Anamı evə gətirdik, qaraciyəri parçalanıb"
"Ötən gün anamı müalicə aldığı Kliniki Tibbi Mərkəzdən evə gətirdik. Onun vəziyyəti yaxşı deyil. Ağır olaraq qalır. İstədik ki, gözümüzün yanında olsun".
BAKU.WS xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
O, anası Gülzar Quliyevanın son vəziyyətini belə şərh edib:
"Anamın müalicəsi həkim nəzarəti altında evdə davam edəcək. Getdikcə ümidimiz kəsilir. Həkimlər əllərindən gələni edirlər ki, anam sağalsın. Lakin onlar ümidverici proqnoz vermirlər. Anam sirroz xəstəliyindən əziyyət çəkdiyi üçün qaraciyəri parçalanıb".
Oxşar xəbərlər
Nərminin atası İlkin Süleymanovun "nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?” sualına elə cavab verdi ki...
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirili...