Arazda batan 17 yaşlı gəncin meyiti tapılıb
Bir neçə gün əvvəl Araz çayının İmişli rayonundan keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, rayonun Rəsullu kəndindən keçən hissəsində batan T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, hadisə iyunun 7-də axşam saatlarında baş verib. T.Mirişli çaya düşərək batıb. Onun axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunmuşdu. Axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilmişdi.
Oxşar xəbərlər
BDU-nun "Məzun Günü" keçirilib
İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) "Məzun Günü" tədbiri keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə universitetin məzunl...