AQTA Sumqayıtda "dəvə qutabı" satan obyektlərdə reyd keçirdi
Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəvə qutabı" adı ilə istehlakçılara təqdim olunan qutabların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərinin mövcud olmadığı məlum olub. Bununla da "Qida təhlükəsizliyi haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsi üçün sahibkarlara müvafiq göstərişlər verilib.
Qeyd edilib ki, reyd zamanı "Rest Time", "Diana", "Santo Mare", "Sun Set", "Duyğu", "Yaxta", "Gəmi" restoranlarının menyularında "dəvə qutabı" qeyd olunsa da, sahibkarları uzun müddətdir ki, bu xidmətin dayandırıldığını bildiriblər.
Nəzarət tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Uşaqlarda ən çox rast gəlinən xəstəliklə bağlı həkimdən XƏBƏRDARLIQ
"Sağlam insanda haymor boşluqları hava ilə dolu olur. Lakin iltihab prosesi zamanı bu boşluqlarda patoloji maye toplanır". BAKU.WS-in məlumtına görə, bunu tibb...