Aqil Abbas: “Öz biznesmenlərimiz ölüblər ki, başqalarını ölkəmizə gətirək?”
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən taksilərlə bağlı qanun layihəsinin əleyhinə səs verəcəkdim. Buna səbəb isə hörmətli nazirimizin bu qanun layihəsi ilə bağlı dayaz məlumat verməsi idi”.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib:
“Amma komitə sədri Tahir bəy qanun layihəsini mütərəqqi təqdim etdi, bildik ki, qanun layihəsində nədən söhbət gedir. Nazir ötən çıxışında deyir ki, taksi əlçatan olmamalıdır. Bəs hansı nəqliyyat əlçatan olmalıdır? Təyyarə, digər bahalı nəqliyyatlar əlçatan olmalıdır? Bu necə yanaşmadır? Digər tərəfdən taksi operatorluğunu xarici şirkətlərə həvalə etməli deyilik. Öz biznesmenlərimiz ölüblər ki, başqalarını ölkəmizə gətirək?”
Oxşar xəbərlər
Vasif Talıbov niyə Milli Məclisin iclaslarına gəlmir?
Ötən gün Milli Məclisin 2022-ci il payız sessiyası başa çatdı. BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, bu sessiyada parlamentin 19, ümumilikdə il ərzində 37...