Aprelin 20-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 20-də Bakı şəhəri Xəzər (I zona), Sabunçu (I zona), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I zona), Gəncə (II zona), Mingəçevir, Lənkəran (II zona) şəhərlərində, Abşeron (I zona), Daşkəsən, Şəmkir (I zona), Gədəbəy, Qəbələ, Oğuz, Cəlilabad (I zona), Masallı (I zona), Beyləqan, Füzuli, Zəngilan, Cəbrayıl, Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I zona), Quba (I zona) rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2024/2025-ci tədris ili üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət imtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər bu linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini bu linkdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə "Adobe Reader" proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...