Apreldə 2,3 milyon şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu aprel ayı üzrə ümumilikdə 2,3 milyon nəfərə sosial təminat növləri üzrə ödənişlər edib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, onlardan 1 milyon 270 min nəfərinə pensiya, 418 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd ödənilib.
Həmçinin 82 min 300 ailə üzrə 342 min ailə üzvünə aprel ayı üzrə ünvanlı sosial yardım ödənişi həyata keçirilib.
Qeyd edilən istiqamətlər üzrə aprel ayında sosial ödəniş alanların sayı ötən ilin aprel ayı ilə müqayisədə 7 faiz və ya 154 min nəfər çox olub.
Həmçinin aprel ayında həmin sosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manatdan artıq vəsait xərclənib ki, bu da ötən ilin müvafiq göstəricisinə nisbətən 27 faiz və ya 103 milyon manat çoxdur.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...