Aparıcı Azər "Yoxlama" verilişinin reketliklə məşğul olması iddiasına aydınlıq gətirdi (VİDEO)
"Reket jurnalist özəl fəaliyyət göstərir və pul yığır. Biz çəkirik və heç bir təmənna güdmədən insanları maarifləndiririk".
Bunu BAKU.WS-ə açıqlamasında ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin aparıcısı Azər Zahid bildirib.
Aparıcı verilişin sonunucu- KFC-də çəkilən buraxılışında Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynovun sözügedən restoranın menyusunun heç kimə açıqlanmayan sirrini tələb etməsinə aydınlıq gətirib.
Azər Zahid bildirib ki, ekspert yeməklərə vurulan qidaların miqdarı ilə deyil məhz nədən istifadə edilməsi ilə maraqlanıb və bu da hər kəsin haqqıdır.
"Reseptin kimə məxsusluğu komersiya sirridir və bunun bizə aidiyyatı yoxdur. Qidalara neçə qram nə vurulur bu sirdir bizə aidiyyatı yoxdur. Nəyin vurulduğunu istehlakçı bilməlidir".
Reket jurnalistikada ittiham edilməsi ilə bağlı yayılan iddiaları cavablandıran aparıcı bütün bu xəbərləri təkzib edib.
"Reket jurnalist özəl fəaliyyət göstərir və pul yığa bilər. Kimisə çəkə bilər, deyər ki, "efirə verməməyim müqabilində pul ver". Biz çəkirik heç bir təmənna güdmürük. Biz çəkirik göstərərik ictimaiyyəti maarifləndiririk. Qida sağlamlığı hər birimizə lazımdır. Paltarı aldıqda onun 14 gün müddəti olur. Yəni paltarı qaytarmaq mümkündür. Qidanı yedikdən 3 dəqiqə sonrə həzmə gedir. Onu geri qaytara bilərsiz? Biz heç kimi təhdid etmirik. Biz nəyisə çəkib efirə verməsək, pul istəsək bu təhdid olardı. Heç bir iaşə məkanı deyə bilməz ki, ATV telekanalı gəlib bizi çəkib və nəsə tələb edib. Çəkdiyimiz hər şey efirə gedir. Yaxşıdısa pulsuz reklamdır".
Daha sonra aparıcı verilişdən narazı olan restoran sahiblərinə də mesaj yollayıb.
"Verilişin bağlanmasını arzulayınca öz işçiləri ilə bağlı tədbirlər görsünlər. Öz işçisinə diqqət yetirib yüksək səviyyəli xidmət göstərsinlər".
KFC-nin mətbəxində çəkiliş aparmağa müvəffəq olmayan veriliş komandasının növbəti məkanlarda bu cür hallarda hansı tədbirlər görəcəyinə dair açıqlama verən Azər Zahid Azərbaycanda olan bütün iaşə məkanlarında çəkiliş aparacaqlarını bildirib.
"Əgər KFC-nin mətbəxini çəkə bilmədiksə deməli mətbəxində sizə, bizə maraqlı olmayan, lazımsız nələrsə var deyə göstərmirlər".
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
"Yoxlama"da daha bir qalmaqal: KFC rəhbərliyi ilə mübahisə düşdü (VİDEO)
ATV telekanalında yayımlanan "Yoxlama" verilişində növbəti qalmaqal yaşanıb. BAKU.WS xəbər verir ki, verilişin çəkiliş heyəti bu dəfə məşhur dünya markası olan...