ATV-dən "Yoxlama"nın efirə verilməməsi barədə açıqlama (VİDEO)
ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin hansı səbəbdən yayımlanmamasına aydınlıq gətirilib.
BAKU.WS xəbər verir ki, iki həftədir verilişin hansı səbəbdən yayımlanmadığına ATV telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turan İbrahimov aydınlıq gətirib. Bildirib ki, verilişin yayımı dayandırılmayıb və növbəti həftədən etibarən ATV-nin efirində olacaq.
"Hazırda verilişdə bir sıra dəyişikliklər aparılır. "Yoxlama" verilişi ictimai maraqları daha da yaxşı təmin etmək üçün təkmilləşdirilir. Gələcəkdə verilişin təkrarı belə yayımlanacaq".
Qeyd edək ki, ATV telekanalının qalmaqallı verilişi olan "Yoxlama" iaşə obyektlərində yoxlamalar aparır. Bu da restoran rəhbərliklərinin etirazları ilə qarşılnır.
Xatırldaq ki, bir neçə gündür verilişin rəsmi Youtube kanalında KFC-də yoxlama aparılacağına dair video paylaşılsa da veriliş iki həftədir yayımlanmır.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
"Pulum olsa "Yoxlama" verlişini məhkəməyə verəcəyəm"
"Azər İsmayılova ölüm arzulamıram, ona elə xəstəlik arzu edirəm ki, dərmanı tapılmasın”. BAKU.WS-in məlumatına görə, bunu İstiPress-ə 171 saylı orta məktəbin d...