Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə bağlı apardığı araşdırmanı yekunlaşdırıb.
BAKU.WS bu barədə Antiinhisar Dövlət Agentliyinə istinadən xəbər verir
Məlumata görə, araşdırma Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim edilməməsi ilə bağlı aparılıb.
Bununla belə, araşdırma yekunlaşana qədər qanunvericiliyin pozulması halı könüllü şəkildə aradan qaldırılıb. Bununla əlaqədar Antiinhisar Dövlət Agentliyi araşdırmaya xitam verilməsi barədə qərar qəbul edib.
Oxşar xəbərlər
Yeni Günəşlidəki parkda nə baş verir?
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən "Ana-bala" parkında aparılan işlər narazılığa səbəb olub. Baku TV-nin məlumatına görə, uzun illərdir...