Anti-kor analizi virusa nə vaxt yoluxmanı göstərir? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Anti-kor analizi ilə yoluxma tarixini təxmini müəyyən etmək olur. Bu məsələdə xəstənin özü və ətrafdakılar da deyə bilir ki, nə vaxt yoluxma olub. Amma bu test nəticəsində bədəndə müəyyən etmək olur ki, immunitet formalaşıb, yoxsa yox".
Bu sözləri BAKU.WS-ə açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb.
O əlavə edib ki, bu immunitet uzun müddətli deyil və 6-12 ay müddətindədir:
"Çünki virus mutasiyaya uğrayır və get-gedə dəyişir. İmmunitetin müqavimətindən yayına bilən formalar əmələ gəlir. Hindistanda buna rast gəlinmişdi. Digər tərəfdən anti-korlar bədənda uzun müddət qala bilmir. Bu virusa qarşı müvəqqəti immunitet formalaşır.
Bir məsələni də qeyd edim ki, yoluxan şəxslərin təkrar yoluxması mümkündür. Bunu hadisələr və dalğaların təsiri göstərdi. Vaksin vurduran şəxslərin də yoluxması mümkündür. Çünki vaksin 100 faizlik immunitet yaratmır. Bütün əhali koteqoriyalarında vaksin vurdurub hətta bir ay yarım keçəndən sonra da yoluxanlara rast gəlinib.
Buna görə nə qədər ki, karantin bitməyib, ÜST pandemiyanın sona çatması barədə qərarını açıqlamayıb, biz karantin davranışlarına əməl etməliyik. Yumşaldılmalar müvəqqəti xarakter daşıya bilər. Epidemioloji vəziyyət pisləşərsə, yenidən sərtləşdirmələr ola bilər".
Oxşar xəbərlər
Virusa yoluxub qeydiyyata düşməyənlər COVID pasportunu necə alacaq? - AÇIQLAMA
"Təəssüflər olsun ki, vaksin vurulanların içində anti-kor testi kifayət qədər olmayan şəxslər var. Bu prosesdə xeyli müəmmalar var". Bu sözləri BAKU.WS-ə tibb e...