ANS-in 2013-cü ildə koronavirus haqda hazırladığı süjet - VİDEO
Hazırda dünyanı qorxu və təşviş içində saxlayan koronavirusla bağlı Azərbaycan tamaşaçısına hələ 2013-cü ildə məlumat verilib.
BAKU.WS xəbər verir ki, fəaliyyəti dayandırılmış ANS TV-nin “Xəbərçi” proqramının 17 may 2013-cü il buraxılışında koronavirusun Mers növündən və iki nəfərə yoluxduğundan söhbət gedir.
Koronavirus o zaman onlarla insanın həyatına son qoyduğundan Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır. İnsandan-insana keçə bilən bu virusun daha çox 60 yaşdan yuxarı kişilərdə ağır fəsad yaratdığı vurğulanır. Ölümcül virusun əsas əlamətlərinin yüksək temperatur, öskürək, boğulma və tənəffüs çatışmazlığı olub. Eynilə COVİD 19-a yoluxanlarda olduğu kimi. Sujetdə bildirilir ki, virus Dubaydan Fransaya gələn 65 yaşlı kişidə aşkarlanıb. Müalicə aldığı xəstəxanada onunla bir otaqda qalan şəxs bu virusa yoluxduqdan sonra xəstəliyin səbəbini araşdırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə səyahət etmiş bütün insanlar müayinədən keçirilib. Sujetdə qeyd olunur ki, son 1 il ərzində (2012-2013) koronavirusa 34 nəfər yoluxub, onlarda 15-i ölüb. Ölənlərin 11-i Səudiyyə Ərəbistanındandır. Mütəxəssislər bu xəstəliyin 10 il bundan əvvəl (2003) 775 nəfərin həyatına son qoyan SARS virusunun yeni növü olduğunu iddia edir.
Son altı ayda yüz minlərlə insanı öldürən, on milyona yaxın insana yoluxan virus isə koronavirusun mutasiya etmiş versiyası COVİD 19-dur.
SARS virusu 2002-04-cü illərdə yayılıb və bu virusdan 774 ölüm qeydə alınıb. MERS növü isə 2012-2013-cü illərdə yayılıb və 282 nəfər bu virus səbəbindən dünyasını dəyişib.
Hazırda yayılan isə koronavirusun yeni növüdür və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Onu da qeyd edək ki, alimlər tez-tez mutasiyaya uğradığı üçün koronavirusla mübarizə aparmağın mümkün olmadığını bildirirlər.
Baş infeksionist Cəlal İsayev koronavirusun sujetdə sözügedən MERS növünün COVİD-19-dan fərqini belə izah edir:
"O vaxt MERS dəvələrdən keçirdi. Səudiyyə Ərəbistanında meydana gəldi, sonradan isə epidemiya kimi bir neçə ölkəyə keçdi. Ancaq hazırkı virus kimi dünyanı geniş əhatə etmədi. Sonradan virus yoxa çıxdı. İndi isə tək-tək hallarda müşahidə olunur. O vaxtın məlumatına görə, ABŞ-da buna qarşı bir peyvənd də işləyib hazırladılar”.
Onu da qeyd edək ki, alimlər tez-tez mutasiyaya uğradığı üçün koronavirusla mübarizə aparmağın mümkün olmadığını bildirirlər.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...