ANAMA işçi axtarır - Vakansiya və tələbləri

ANAMA işçi axtarır - Vakansiya və tələbləri
Sosial 1341

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.

Agentlikdən BAKU.WS-ə bildirilib ki, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə 1 ilə qədər iş stajı olmalıdır.

Məlumata görə, çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, maraqlananlar aşağıda göstərilən sənədləri

career@anama.gov.az ünvanına göndərməlidir.

müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

şəxsiyyət vəsiqəsinin surəti;

təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

əmək kitabçasının surəti.

Məlumatda sənəd qəbulunun cari ilin 30 iyun tarixinədək həyata keçiriləcəyi və seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcəyi bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər