Anadangəlmə əlilin pensiyası niyə kəsilib? – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Abbas Hüseynov əlillik dərəcəsi üçün ona kəsilən pensiyanın dayandırılmasından şikayət edir.
O deyir ki, bədənində anadangəlmə kifoskolyaz xəstəliyindən əziyyət çəkir. Hətta xəstəlik səbəbindən sovet dövründə hərbi xidmətə yararsız olduğu üçün orduya aparılmayıb.
2000-ci ildən 2021-ci ilin iyun ayına qədər isə əlillik dərəcəsinə görə pensiya alıb.
Abbas Hüseynovun sözlərinə görə, ona ilk olaraq üçüncü qrup ömürlük pensiya təyin edilib, lakin keçən zaman kəsiyində səhhəti kəskin ağırlaşdığından pensiya təyinatı 5 illik olmaqla ikinci qrupa dəyişdirilib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...