AMEA-nın strukturu və işçilərin say həddi dəyişdiriləcək
28
iyl
2022
19:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti (NK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu və işçilərinin say həddini üç ay müddətində təsdiqləməlidir.
Bu, prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb.
Habelə NK-ya bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
AMEA-ya isə qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...