AMEA-nın nə qədər əməkdaşı vaksinasiya olunub? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaşı 65-dən yuxarı olan əməkdaşlarının koronavirus əleyhinə vaksinasiyasına başlanılıb.
AMEA-nın Azad Həmkarlar İttifaqından BAKU.WS-ə verilən məlumata görə, ötən gün TƏBİB-in modul tipli xəstəxanasında yaşı 65-dən yuxarı olan akademiya əməkdaşlarının vaksinasiyası həyata keçirilib.
Qeyd olunub ki, 400-dən artıq əməkdaş peyvənd olunub və heç bir əks-göstərişlə rastlaşmayıblar: "Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar".
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...