AMEA-da 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevə yeni vəzifə verilib.
BAKU.WS xəbər verir ki, V.Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.
O, bu vəzifədə 70 yaşlı akademik Dilqəm Tağıyevi əvəzləyib. 1939-cu il təvəllüdlü V.Fərzəliyev bundan əvvəl Elmi Şuranın sədr müavini vəzifəsini daşıyıb.
Qeyd edək ki, D.Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.
Xatırladaq ki, Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakıda anadan olub. O, 1967-dən AMEA-da çalışır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
Oxşar xəbərlər
Nərgiz Paşayevaya yeni vəzifə verildi
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, professor Nərgiz Paşayeva bu gün AMEA-nın ümum...