AMEA: "Azərbaycanda su qıtlığı daha da artacaq"

"Azərbaycanda su qıtlığı getdikcə daha da artacaq".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında deyib.
Onun sözlərinə görə, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: "Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir: "Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”.
Oxşar xəbərlər
Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Akademiyadan BAKU.WS-ə verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, ak...