AMB əhaliyə xidmət üzrə nağd pul ofisinin fəaliyyətini müvəqqəti dəyandırır
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan başlayarq 2 gün ərzində Azərbaycan Mərkəzi Bankının Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasındakı "Nağd pul ofisi" fəaliyyət göstərməyəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, buna səbəb 13-15 sentyabrda paytaxtda keçiriləcək "2024 Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılmasıdır.
"Nağd pul ofisi" növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək. Əlavə suallarla bağlı AMB-nin "Qaynar xətt"inə (966) müraciət oluna bilər.
Xatırladaq ki, Bülbül prospektindəki "Nağd pul ofisi" həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərir.
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...