Almaniya koronavirusdan ölüm riskini 89 faiz azaldan yeni dərmanlar alacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Fayzer (Pfizer) əczaçılıq firması AFR-ə koronavirus dərmanı tədarükünə başlayır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, “Pakslovid” adlı bu preparat artıq vaksin deyil, tamdəyərli dərman hesab edilir.
Yeni preparatın klinika şəraitində sınaqları nəticəsində məlum olub ki, “Pakslovid” həbləri xəstəliyin ən ciddi risklərini 89 faiz azaldır. Bu, çox yüksək səmərəlilik göstəricisidir.
“Pakslovid” həblərinin tərkibindəki inqrediyentlər koronavirusun orqanizmdə yayılmasını stimullaşdıran hüceyrələrin inkişafını bloklayır.
Bu il Almaniyaya 1 milyon qabaqlaşdırma həcmində “Pakslovid” gətirilməsi planlaşdırılır. Onların təqribən 35 faizi ilin birinci yarısında çatdırılmalıdır. Yalnız həkimin resepti üzrə həyata keçiriləcək satış zamanı yaşlı şəxslərə, habelə xroniki xəstəlikləri olan pasiyentlərə üstünlük veriləcək.
Oxşar xəbərlər
Avropa Komissiyası “Novavax” peyvəndinin tədarükünə dair müqavilə imzaladı
Avropa Komissiyası (AK) “Novavax” şirkətinin istehsal etdiyi koronavirus vaksininin Avropa İttifaqı məkanında istifadəsini təsdiqləyib və üzv ölkələrə 200 milyo...