Almaniya 259 Azərbaycan vətəndaşının sığınacaq ərizəsini rədd edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən 407 sığınacaq ərizəsi qeydə alınıb. Onlardan 174 nəfər ilk dəfə, 233 nəfər isə ikinci dəfə sığınacaq üçün müraciət edənlər olublar.
Həmin dövrdə 687 icraat üzrə qərar qəbul edilib, ümumi müdafiə səviyyəsi 7,4% təşkil edib. 259 ərizəçinin müraciəti rəd edilib və həmin şəxslər Almaniyanı könüllü tərk etmələri barəsində xəbərdarlıq alıblar.
BAMF-dan bildirilib ki, bu ilin sentyrabr ayında ümumilikdə 13849 əcnəbi federal idarəyə qaçqın statusu üçün müraciət edib.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...