Alimlərdən ürək və immun sisteminə dair yeni nəticələr
Son elmi araşdırmalar ürək-damar xəstəliklərinin müalicəsi və bəzi xroniki problemlərin qarşısının alınması ilə bağlı ümidverici nəticələr ortaya çıxarıb.
BAKU.WS xəbər verir ki, tibb sahəsində aparılan tədqiqatlara görə, infarktdan sonra ürək toxumasının bərpasında mühüm rol oynaya biləcək BRICK1 adlı mikroprotein müəyyən edilib. Alimlər bildirir ki, bu maddə zədələnmiş nahiyədə yeni damarların yaranmasını stimullaşdıra və ürək hüceyrələrinin sağ qalmasına kömək edə bilər.
Digər araşdırmalarda isə Zəncəfil və Zərdəçal tərkibli maddələrin sümük implantlarının orqanizmə uyğunlaşmasını yaxşılaşdırdığı müəyyən edilib. Təcrübələr göstərib ki, bu təbii komponentlər infeksiya riskini azalda və toxuma bərpasını sürətləndirə bilər.
Alimlər həmçinin qeyd edir ki, sadə su qəbulu bəzi hallarda qlüten həssaslığı olan insanlarda riskin azalmasına kömək edə bilər. Bununla yanaşı, sauna seanslarının orqanizmdə immun hüceyrələrinin aktivliyini artırdığı müəyyən olunub.
Mütəxəssislərin fikrincə, bu nəticələr gələcəkdə ürək xəstəliklərinin müalicəsində və immun sisteminin gücləndirilməsində yeni metodların tətbiqinə yol aça bilər.
Oxşar xəbərlər
ADSEA və DİN tərəfindən Xəzər dənizində birgə monitorinq və nəzarət tədbirləri həyata keçirilib
10 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə Azərbaycan Res...