Ali Məhkəməyə yeni səlahiyyət verilir
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və ya icrasından imtina edilməsi üçün əsaslara Azərbaycan ərazisində Ali Məhkəmə baxacaq.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində yer alır.
Ali Məhkəmə xarici arbitraj məhkəməsinin qərarı barədə ərizə əsasında bu məsələlərə baxacaq.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan “Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında” Qanunda bu məsələ əksini tapmayıb
Oxşar xəbərlər
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 20 məsələ var
Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclası başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantın...