Aleyna Tilkidən koronavirusla bağlı açıqlama: Dünyadakı testlərin 50%-i səhvdir - FOTO

Aleyna Tilkidən koronavirusla bağlı açıqlama: Dünyadakı testlərin 50%-i səhvdir - FOTO
Sosial 493

Türkiyəli gənc müğənni Aleyna Tilki koronavirus testlərinin nəticələrinin doğru olmadığını iddia edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, koronavirusa yoluxduğundan şübhələnən ifaçı eyni gündə iki dəfə test verib.

Testlərin cavabı birində neqativ, digərində isə pozitiv çıxıb. 12 gündür özünü cəmiyyətdən təcrid edən müğənni “İnstagram” hesabında bununla bağlı sərt açıqlama verib:

“12 gün evdən çıxmadım. Bir gündə etdirdiyim testin biri neqativ, digəri isə pozitiv çıxdı. Özümdə virusun heç bir əlamətini hiss etmirdim.

Bundan sonra bu cavablara necə etibar edəcəyik? Düşünürəm ki, dünyada edilən bütün testlərin 50%-i səhvdir.

Buna görə də, mənfi göstərilən nəticələrə inanmayın. Bu testlərdə absurd səhv var. Yanımdakı insanlarda da eyni problem var idi”.

Son xəbərlər