Aktauda baş verən təyyarə qəzasını araşdıran komissiya hadisə yerinə gedəcək
Yeniliklərdən dərhal xəbərdar olun
AZAL təyyarəsinin Aktauda baş vermiş qəza hadisəsinin təhqiqat komissiyası tərəfindən iş planı müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barıdə Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Komissiya iş planını müəyyən edib, beləliklə, Komissiya hadisə yerinə birgə baş çəkəcək, təyyarə elementlərinin toplanması üçün baxış keçirəcək və təyyarə elementlərinin toplanmasına başlanacağı tarixlə bağlı birgə qərar qəbul edəcək", - deyə məlumatda bildirilir.
Nazirlik komissiyasına nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir, özü də baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasının tərkibinə daxildir.
"Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin təhqiqat komissiyasının məqsədi qəzanın səbəblərini müəyyən etmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tövsiyələr hazırlamaqdır", - deyə idarədən əlavə ediblər.
Bu gün Marat Karabayevin sədrliyi ilə qərargahda 17 beynəlxalq ekspertin hamısının iştirakı ilə iclas keçirilib.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...