Aksiz markası və məcburi nişanlama üçün dövlət rüsumunun "e-bildiriş"lə ödənilməsinə başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 1-dən Azərbaycanda aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun "e-bildiriş" əsasında ödənilməsinə başlanılıb.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, "Dövlət rüsumu haqqında" qanuna əsasən həyata keçirilir.
Ödəyici aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunu rüsum tutan orqanın ona təqdim etdiyi "e-bildiriş" əsasında ödəməlidir.
Həmin dövlət rüsumlarının ödənilməsi zamanı hər bir hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat xidmət haqqı tutulur.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...