Akademik Zərifə Əliyevanın əziz xatirəsi anılıb - FOTO/VİDEO

Akademik Zərifə Əliyevanın əziz xatirəsi anılıb - FOTO/VİDEO
Foto Video
Sosial 51

Nərimanov rayonunda görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilən xatirə tədbiri keçirilib.

Tədbirdə Nərimanov rayon rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, incəsənət, səhiyyə, elm xadimləri və ziyalılar iştirak ediblər.

İlk öncə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarları önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Adil Əliyev, Azərbaycan Respublikasının xalq artisti Faiq Sücəddinov və digər natiqlər Zərifə xanım Əliyevanın Azərbaycan xanımının ən gözəl keyfiyyətlərini özündə birləşdirən gözəl və qayğıkeş ana, cəfakeş və sədaqətli ömür gün yoldaşı, həm də Azərbaycan tibb elminə böyük töhfələr verən, görkəmli ziyalı alim olduğunu bildiriblər.

Tədbirdə Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub. Xatirə tədbiri tanınmış incəsənət xadimlərinin çıxışları ilə yadda qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

FHN-nin yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib - FOTO

FHN-nin yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib - FOTO

16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazi...

150 Sosial 20:48 16 dekabr 2022

Son xəbərlər