Ağsu dolaylarında polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.
BAKU.WS xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.
Vətəndaşlarımıza köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Yol patrul xidməti avtomobillərinin müşayəti ilə aidiyyəti qurumun əməkdaşları tərəfindən əraziyə qum, duz səpilir, təhlükəsizlik tədbirləri davam edir.
https://www.instagram.com/reel/DTAgqq1CpZq/?igsh=MXhtM3puOHZqaG02bg==
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...