İlk köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib

İlk köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib
Foto
Sosial 53

Ağdərə rayonunun Vəngli kəndinə yola salınan ilk köç karvanı kəndə çatıb, açarlar sakinlərə təqdim olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər

Vəngli kəndinə ilk mərhələdə 22 ailə (83 nəfər) köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə həyata keçirilən layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

*** 13:32

Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, ilkin mərhələdə kəndə 22 ailə (83 nəfər) köçürülür.

Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Vəngli kəndində Kürdəmir rayonundan 12 ailə (43 nəfər), Bərdə rayonundan 3 ailə (12 nəfər), Qax rayonundan 2 ailə (9 nəfər), Füzuli rayonundan 1 ailə (6 nəfər), Sumqayıt şəhərindən 1 ailə (5 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Ağdam rayonundan 1 ailə (3 nəfər), Bakı şəhərindən 1 ailə (1 nəfər) məskunlaşacaq.

Qeyd edək ki, bununla Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə (Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli) 407 ailənin (1420 nəfər) köçürülməsi təmin olunacaq.

Son xəbərlər