Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, açarlar sakinlərə tədqim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə kəndə 29 ailə (115 nəfər), ümumilikdə isə 118 ailə (671 nəfər) köçürülüb.
*** 14:16
Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 29 ailə (115 nəfər) köçürülüb.
Bununla da kəndə köçürülən ailələrin sayı 118-ə (671 nəfər) çatacaq.
*** 12:27
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə bu mərhələdə 29 ailə (115 nəfər) köçürülür.
Bununla da kəndə köçürülən ailələrin sayı 118-ə (671 nəfər) çatacaq.
Qalereya
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...