Ağdamda əmək yarmarkası keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.
Tədbir 21 noyabrda saat 09:00-da "Aghdam City Hotel"də (Ağdam şəhəri, M.F. Axundzadə küçəsi) təşkil olunacaq.
Yarmarkada mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və s. işlər üzrə 67 vakansiya təqdim ediləcək.
Aktiv məşğulluq tədbirinin iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər, həmçinin vakansiyalar, iş öhdəlikləri barədə ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...