Ağcabədidə kanala yıxılan şəxs xilas edildi
Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində bir nəfər kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.
O, dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
Oxşar xəbərlər
Bakıda bu yollar iki gün bağlı olacaq
Bakıda aparılan təmir işləri ilə əlaqədar bəzi küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq ediləcək. BAKU.WS xəbər v...