Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti iştirak etməyib.
Zərərçəkən şəxsin nümayəndəsi vəsatət verərək Ağdadaş Ağayevin həbs edilməsini tələb edib. Hakim vəsatəti təmin etməyib.
Növbəti proses 14 oktyabrda keçiriləcək.
Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti ilə mühafizəçi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.
Oxşar xəbərlər
Sabunçu Tibb Mərkəzi göndərişi olan xəstəni qəbul etmir? - İDDİA
Əlində tibbi göndərişi olsa da, xəstəni Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, şəxsin özü və yaxınları belə iddia...