AFFA-nın prezidenti dünyaca məşhur futbol hakimi ilə görüşüb

AFFA-nın prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypersi qəbul edib.
BAKU.WS qrumun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere də iştirak ediblər.
Azərbaycanda hakimliyin inkişaf yolları və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, öz dövrünün ən yaxşı hakimlərindən biri hesab edilən Byorn Kuypers iki dəfə dünya (2014, 2018), üç dəfə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin oyunlarına təyinat alıb. Niderlandlı FIFA referisi bir dəfə UEFA Çempionlar Liqasının (2014), iki dəfə UEFA Avropa Liqasının (2013, 2018), bir dəfə isə Avropa çempionatının (AÇ-2020) final oyununu idarə edib.
Qalereya
Oxşar xəbərlər
Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılar təyin edilib
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib. BAKU.WS xəbər verir ki, tədbir Azərbaycan Dö...
