ADY: Sərnişin qatarları qrafik üzrə hərəkət edir

ADY: Sərnişin qatarları qrafik üzrə hərəkət edir
Sosial 3

Paytaxt Bakıda və regionlarda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar sərnişin və yüklərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılmasını, eləcə də qatarların hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə ADY tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Hazırda sərnişin qatarları qrafik üzrə hərəkət edir, yüklərin sərhəddə qəbulu, daşınması və çeşidlənməsi prosesi həyata keçirilir.

ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir. Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.

Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə icra edilir.

Oxşar xəbərlər

Bakı-Sumqayıt qatarı gecikmə ilə hərəkət edib

Bakı-Sumqayıt qatarı gecikmə ilə hərəkət edib

Hazırda paytaxt Bakıda və regionlarda müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar sərnişinlərin və yüklərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılma...

79 Sosial 15:27 09 yanvar 2023

Son xəbərlər