ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” - FOTO

“Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı var”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur. Sərnişin qatarlarındakı sıxlıq bununla bağlıdır.
O deyib ki, qatarların gecikməsi dünyanın hər yerində baş verir:
“Soyuq və anomal hava şəraitində belə problemlər yarana bilir. Bununla bağlı əsas səbəb dəmiryolu infrastrukturunun çox köhnə olmasıdır. Bakı dairəvi dəmir yolunda elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Modernizasiya olunsa da, yolun əsaslı və yenidən təmirə ehtiyac var. Hazırda bunun layihəsi hazırlanır. Yolun tamamilə yenidən qurulması planlaşdırılır.


Oxşar xəbərlər
Elektrik qatarlarında tez-tez qeydə alınan texniki nasazlıqlar nə ilə əlaqədardır? - AÇIQLAMA + FOTO
Son vaxtlar elektrik qatarlarında texniki nasazlıq səbəbindən gecikmələrlə bağlı məlumatlar artıb. Sərnişinlər bu problem səbəbindən səhər saatlarında daha çox...