ADY-nin adından dələduzluq cəhdi - Vətəndaşlara XƏBƏRDARLIQ
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC adından dələduzluq məqsədilə saxta link yaradılıb.
Oxu.Az xəbər verir ki, yaradılmış linkdə vətəndaşlara 12 ay pulsuz səyahət imkanı verən "ADY Kart"ının əldə olunması üçün hədiyyə müsabiqəsi keçirilir.
Linkə keçid etdikdə "ADY Kart" nəqliyyat kartınızı bu gün əldə edin! Nəqliyyat şirkəti yeni müsabiqə elan edir. Biz Bakı və ətraf rayonların sakinləri üçün 500 yeni nəqliyyat kartı hədiyyə edəcəyik. "ADY Kart" ilə siz 12 ay müddətinə ictimai nəqliyyatda əlavə ödəniş və əlavə xərclər olmadan pulsuz səyahət əldə edəcəksiniz. Müştəri təcrübənizi yaxşılaşdırmaq üçün sizdən qısa bir sorğu keçirməyinizi və üç suala cavab verməyinizi xahiş edirik. Cavab aldıqdan sonra siz nəqliyyat kartını ala biləcəksiniz", - mətnini özündə əks etdirən səhifə açılır.
Sualları cavablandırdıqdan sonra hədiyyə qutuları olan seçim mərhələsini özündə ehtiva edən növbəti səhifə açılır. Burada hər kəsə 3 şans verilir: "Müşahidələrimiz əsasında onu deyə bilərik ki, 2-ci cəhddən sonra artıq hər kəs "ADY Kart" kartını qazanmağa namizəd olur".
Qalib olduqdan sonra kartı əldə etmək üçün açılan səhifəni kompüterə yüklənmiş antivirus proqramı "Potensial fişinq cəhdi" adlandıraraq, açılmasının qarşısını alır.
Məsələ ilə bağlı ADY-dən sorğumuza cavab olaraq bildirilib ki, qurum adından yaradılmış sözü gedən link saxtadır və qeyd olunanlar həqiqəti əks etdirmir:
"Vətəndaşları ADY-nin rəsmi sosial media hesabında yer alan məlumatlara və ady.az saytına istinad etməyə çağırırıq. Hər hansı məsələ barədə dəqiqləşdirmə ehtiyacı yaranarsa, sakinlər "1822" çağrı mərkəzinə hər gün 24 saat müraciət edə və istənilən məlumatı dəqiqləşdirə bilərlər".
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...