ADY Gəncə-Mingəçevirə müasir qatarla səfərlərə başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıdan kənarda – regionlararası müasir qatarla səfərlərə başlayırıq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu ADY sədrinin müşaviri Arif Ağayev deyib.
O bildirib ki, uzun illərdən sonra Mingəçevirə dəmiryol nəqliyyatı bərpa olunub.
"Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində müasir, komfortlu elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək. Bu marşrutdan Mingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa sakinləri də istifadə edə biləcəklər"- deyə o əlavə edib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...