"ADY Ekspress"in direktoru dəyişib

ADY Ekspressin direktoru dəyişib
Sosial 102

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Azad Qasımov vəzifəsindən azad edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Vüqar Mirqasımova həvalə olunub.

Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 911 634 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər