ADY: Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədi ilə 21 aprel tarixinə əlavə reys təyin edib.
Bu barədə BAKU.WS-ə ADY-dən məlumat verilib.
Belə ki, müvafiq tarixdə əlavə reys üzrə səhər saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 13:20-də mənzil başına çatacaq.
Qeyd edək ki, Bakı-Ağstafa marşrutu üzrə ənənəvi reysin qrafikinə əsasən, hər gün saat 08:45-də yola çıxan qatar saat 13:40-da mənzilbaşına çatır, Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatır.
Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

Oxşar xəbərlər
Bakı-Ağstafa marşrutu üzrə axşam reysi təyin edilir
“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq m...