Reklam Agentliyinin yeni sədri kollektivə təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub.
BAKU.WS xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
Xatırladaq ki, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
Bu gün Xalq artisti Şahmar Ələkbərovun anım günüdür
Bu gün Azərbaycanlı aktyor, ssenarist, səs aktyoru, Xalq artisti Şahmar Ələkbərovun anım günüdür. BAKU.WS xəbər verir ki, o, 23 avqust 1943-cü ildə dünyaya gəli...