ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Xəbər verildiyi kimi bir qrup müəllim ADNSU-u ilə bağlı Prezidentə müraciət ünvanlayıblar.
Belə ki, şikayətlərə əsasən rektor əvəzi Vazeh Əsgərov təhsil ocağında baş verənlərlə maraqlanmır. Bir qrup müəllim və işçi heyyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verənlərlə bağlı media vasitəsi ilə Prezident İlham Əliyevdən kömək istəyirlər. Edilən müraciətdə onlar bu təhsil ocağında baş verən qanunsuzluqları ölkə rəhbərlyinin nəzərinə çatdırmaq və ictimayyəti qədim tarixə malik Universitetin bərbad duruma salınmasından gileylənirlər.
Elmira Xanməmmədova
Tribunainfo.az-a daha bir şikayət ünvanlayan Xanməmmədova Elmira Ələsgər qızı bildirib ki, 2004-cü ildə Bakı Dövlət Universitetinin "Fiziki elektronika" ixtisasını, 2006-cı ildə isə "Bərk cisim elektronikası" istiqaməti üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib.
O, həmçinin Akademik Həsən Abdullayev mükafanın sahibidir.
Şikayətçinin sözlərinə görə, 2023-cü ildə bərk cisimlər fizikası ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir. 2007-2024-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Elektronika və avtomatika" kafedrasında müəllim vəzifəsində çalışıb.
"Elmimetrik göstəricilərinə görə, Respublikada Google Scholar verilənlər bazasında 527-ci, Scopus verilənlər bazasında isə 1138-ci yerdəyəm. Universitetdə bu göstəricilər Google scholar bazasına əsasən 32-ci sıralamada, Scopus bazasına əsasən isə 84-cü sıralamadayam. 2024-cü ildə elmi işlərimə 37 istinad olmuşdur.
Yuxarıda göstərilən göstəricələrə baxmayaraq 17 il qüsursuz olaraq çalışdığım, elmi göstəricilərimin yüksək olmasına görə, 2 ildir əlavə olaraq hər ay üçün diferensial əməkhaqqı almağıma baxmayaraq, universitetdə növbəti dəfə vəzifə seçkisi zamanı "İnformasiya texnologiyaları və idarəetmə" fakültəsinin dekanı Dosent Fərid Ağayev, dosent İcabikə Sərdarova və dosent Almaz Mehdiyevanın təkidi ilə müəllimlərin mənim əleyhimə səsverməsi nəticəsində işdən çıxarılmışam. Bu şəxslərin mənim əleyhimə olması isə aşağıdakı faktla bağlıdır.
Universitetdə Şuşa ilinə həsr olunmuş tələbələrin və gənc tədqiqatçıların 71-ci konfransı keçirildiyi zaman TEXNOFEST yarışmasında mentoru olduğum layihə dosent Almaz Mehdiyeva tərəfindən mənimsənilmiş və plagiat edilmişdir. Mənim işdən çıxarılmağımın əsas səbəbi layihəmin plagiat edilməsinə etiraz etməyim olmuşdur. Bu saxtakarlıq müəyyənləşdiriləndən sonra dekan Fərid Ağayevin tapşırıqlarını icra edən dosent İcabikə Sərdarova və dosent Almaz Mehdiyevanın mənə qarşı məkrli əməllərini yerinə yetirmişlər. Dekan Fərid Ağayevin universitetdə rəhbərlik etdiyi qeyri rəsmi qruplaşmanın aktiv üzvləri hesab olunan dosent İcabikə Sərdarova və dosent Almaz Mehdiyevanın dekanın göstərişlərini alandan sonra müəllimləri mənim əleyhimə səs vermələri üçün təlimatlandırmışlar. Nəticədə, layihəmin plagiat edilməsinə və mənim rəhbərliyə bununla bağlı dəfələrlə yazılı müraciətlərimə baxmayaraq, dekan Ağayevin göstərişi ilə müəllimlər mənim əleyhimə səs veriblər. Əleyhimə səs verən müəllimlərin heç birinin elmi göstəriciləri mənim götəricilərimdən yuxarı deyil, dəfələrlə aşağıdır. Mənim elmi-pedaqoji göstəricilərim rektor vəzifəsini müvəqqəti icra edən dosent Vazeh Əskərovdan, tədris işləri üzrə prorektor dosent Qasım Məmmədovdan və "İnformasiya texnologiyaları və idarəetmə" fakültəsinin dekanı dosent Fərid Ağayevdən, dosent İcabikə Sərdarovadan, dosent Almaz Mehdiyevadan da dəfələrlə çoxdur. Universitetdə gənc tədqiqatçıları, gənc alimləri, perspektivli mütəxəssisləri qısqanclıqla qarşılayan və onları müxtəlif bəhanələrlə işdən çıxarmağa nail olan bu şəxslərin sayəsində universitetdə tədrisin keyfiyyəti olduqca aşağıdır. Universitetdən yüksək ixtisasçı müəllimləri və peşəkar tədqiqatçı alimləri uzaqlaşdırmaqla universiteti uçuruma yuvarlayırlar. Bunun da səbəbi, qeyri-ixtisasçıları universitetdə yüksək vəzifəyə təyin etmək, peşəkarları uzaqlaşdırmaq, ailə üzvlərini və qohumluq əlaqələri olan şəxsləri müxtəlif vəzifələrə təyin etdirməkdir. Adları dəfələrlə korrupsiya qalmaqallarında hallanan, rəhbərlikdə təmsil olunan şəxslər universitetdə çirkab bir mühit yaradıblar. Dəfələrlə müdafiə edilmiş buraxılış işləri, magistrlik işləri dosent Almaz Mehdiyeva tərəfindən hazırlanaraq tələbələrə verilir. Plagiat çıxmaması üçün universitetin plagiat işləri üzrə koordinatoru dekan Fərid Ağayevin tapşırığı əsasında plagiat edilən işlər bazadan çıxarılır və nəticədə yenidən müdafiə edilməli işi plagiat göstərmir. Müdafiəyə buraxılan işlər isə qeyri ixtisasçılar və dekanın himayə etdiyi şəxslərdən təşkil olunmuş komissiya tərəfindən müsbət qərar alaraq müdafiə edilir.
Universitetin ən böyük tələbə kontingetinə malik "İnformasiya texnologiyaları və idarəetmə" fakültəsinin Dosenti Vazeh Əskərovun Hirş indeksi bütün bazalarda sıfırdır.
Dosent Qasım Məmmədovun Hirş indeksi Google scholar verilən bazasında 4152-ci, Scopus verilənlər bazasında isə 2911-ci yerdədir. Universitetin professor müəllim heytinin elmimetrik reytinqində isə 225-ci yerdədir.
Dosent Fərid Ağayevin Hirş indeksi isə Scopus verilənlər bazasında 4757-ci yerdədir.
Elmimetrik göstəriciləri dəfələrlə aşağı olan bu şəxslərin sayəsində ümummilli lider Heydər Əliyev kimi tələbəsi olan, dünyanın birinci neft universiteti olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin uçuruma yuvarlanması isə an məsələsidir. Xahiş edirəm bu məsələni ictimailəşdirəsiniz və universitetimizin gələcəyinin xilas edilməsi üçün köməklik göstərəsiniz.
Universitetdə yarıtmaz idarəetmə, ailə idarəetməsi, qeyri-etik davranışlar və saxtakarlıq hallarının himayə edilməsi universitet rəhbərliyinin əsas devizidir. İlduzə Hüseynova və kürəkəni Salman Salmanov universiteti idarə edir. Universitetdə bütün işləri istədiyi kimi həll edir, vəzifə səlahiyyətlərindən şəxsi marağı üçün istifadə edir, rektor əvəzi Vazeh Əskərovu da özünəməxsusluqla istiqamətləndirir, ona yalan məlumatlar çatdırır, beləliklə də uzun illər qüsursuz, zəhmətlə çalışan, yetərincə nəaliyyətləri olan nəinki cavan, hətta təcrübəli müəllim və əməkdaşları işsiz qoyur. Bununla bağlı yetərincə məlumatlara sahibəm".
Oxşar xəbərlər
Pensiya artımları hansı aydan ödəniləcək?
Pensiya artımları gələn aydan ödənilməyə başlanılacaq. Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Amma bu artımlar məh...